Gündəm

İrandan Türkiyəyə atılan raket məhv edildi

Metbuat.az

İrandan atılan üçüncü raket Türkiyənin hava məkanında məhv edilib.

Metbuat.az Azərtac-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə Nazirliyi mənbələrə əsasən bildirib.

Qeyd olunur ki, hazırda düşən raketin qalıqlarına dair heç bir məlumat yoxdur:

“Sosial mediada yayılan görüntülər raketin vurulma anını deyil, qalıqların atmosferə daxil olarkən yanmasını əks etdirir”.