Gündəm

İrandan 89 nəfər təxliyə olundu

Metbuat.az

İrandan martın 3-də saat 10:00-13:00 aralığında daha 89 nəfər Azərbaycana təxliyə edilib.

Metbuat.az Report-a istinadən xəbər verir ki, onlardan 6-sı Azərbaycan, 74-ü Çin, 6-ı Slovakiya, 2-i İran, 1-i isə Türkiyə vətəndaşıdır.

Qeyd edək ki, hərbi əməliyyatların başladığı fevralın 28-dən bu gün saat 13:00-a qədər İrandan Azərbaycana 704 nəfər təxliyə olunub.