Maraqlı

Dəvə kimi kinli olan

4 bürc

Metbuat.az

Astrologiyada bəzi bürclər ürəyiyumşaq və saf qəlbli olsalar da, bəziləri dəvə kimi kinlidirlər. Onlar hisslərini gizli saxlayır və ilk fürsətdə qisas alırlar. Ağlı başında olan adam bu bürc altında doğulanlara pislik etməyi ağlının ucundan belə keçirməməlidir.

Metbuat.az həmin bürcləri təqdim edir:

Şir ən ziddiyyətli bürclərdən biridir. Bu bürc altında doğulanlar, əslində, yaxşı adam sayılırlar. Kiməsə pislik etməyə, badalaq vurmağa can atmırlar. Amma çox kinlidirlər. Onlara edilən pisliyi heç vaxt unutmurlar. Qırx il sonra əllərinə fürsət düşsə, yenə qisas almaq fikrindən daşınmırlar.

Tərəzi çoxlu müsbət keyfiyyəti olan bürcdür. Mərdimazar deyil. Tərəzilər "mənə dəyməyən ilan qırx il yaşasın" prinsipi ilə davranırlar. Amma onlara toxunanda özləri ilana dönürlər. Yaxşılığı da, pisliyi də heç vaxt unutmurlar. Kin saxlamaq məsələsində dəvədən geri qalmırlar. Bir ömür boyu kin saxlamağa qadirdirlər.

Oğlaq təmkinli davranışı ilə hamının rəğbətini qazanıb. Özünü hamıdan çox istəyir. "Mənə dəymə, mən də sənə dəyməyim" düşüncəsi ilə yaşayırlar. Bəzən çox xırdalığa gedirlər. Kinlidirlər. Onlara pislik edən adamlardan qisas almadan rahatlıq tapmırlar.

Dolça hamıdan fərqlənir. Həmişə orijinal fikir və ideyaları olur. Məişət səviyyəsində xirdalığa getmirlər. Alicənabdırlar. Yeganə mənfi xüsusiyyətləri kinli olmalarıdır. Hətta bir adamla barışandan sonra da ürəklərinin dərinliyində ona qarşı kin bəsləyirlər.