Ölkə
Bu qadınlara 56 gün məzuniyyət verlir
Övladlığa uşaq götürən valideynlər əmək qanunvericiliyinə əsasən bir sıra məzuniyyət güzəştlərindən yararlana bilirlər.
Metbuat.az xəbər verir ki, iki aylığadək körpəni övladlığa götürən qadınlara doğuşdan sonrakı 56 günlük ödənişli məzuniyyət verilir. Qanunvericiliyə görə, Üç yaşadək uşağı övladlığa götürən qadınlar isə uşağa qulluq üçün qismən ödənişli məzuniyyət götürə bilirlər.
Həmçinin 14 yaşınadək uşaqları olan qadınlara verilən əlavə məzuniyyət hüququ övladlığa götürən analara da şamil edilir.
Qeyd edək ki, bu qayda iki, üç və daha çox uşağı və ya əlilliyi olan uşağı olan analara aiddir və onların işlə ailə həyatını daha rahat uzlaşdırmasına imkan yaradır.
Sevinc İbrahimzadə / Metbuat.az