Bu halda əmək müqaviləsi etibarsız sayılır
Azərbaycanda 15 yaşına çatmayan şəxslərlə əmək müqaviləsi bağlanması qadağandır.
Metbuat.az-ın məlumatına görə, Əmək Məcəlləsinə əsasən, əmək müqaviləsi yalnız 15 yaşına çatmış fiziki şəxslərlə bağlana bilər. Bu yaş həddinə çatmamış şəxslərlə bağlanılan müqavilələr etibarsız hesab olunur.
Qanunvericiliyə görə, 15 yaşına çatmamış şəxslə əmək müqaviləsi bağlayan işəgötürən inzibati məsuliyyətə cəlb edilir. Bununla yanaşı, 15 yaşdan 18 yaşadək olan şəxslərlə əmək müqaviləsi bağlanarkən onların valideynlərindən, övladlığa götürənlərdən (qəyyumlarından) birinin və ya qanunla onları əvəz edən şəxsin yazılı razılığı mütləq qaydada alınmalıdır.
Qeyd edək ki, valideyn və ya qəyyumun yazılı razılığı olduğu halda 15 yaşlı şəxslə bağlanan əmək müqaviləsi tam hüquqi qüvvəyə malik sayılır.
Sevinc İbrahimzadə / Metbuat.az