İqtisadiyyat
Azərbaycanda elektrik naqilinin istehsalı azaldı
Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 1 min 825 ton elektrik naqili istehsal edilib.
Metbuat.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 9 % azdır.
Xatırladaq ki, 2025-ci ildə Azərbaycanda 13 min 160 ton elektrik naqili istehsal edilib ki, bu da 2024-cü illə müqayisədə 8,5 % çoxdur.