Siyasət

Azərbaycan XİN Tunisi təbrik etdi

Metbuat.az

Azərbaycanın Xarici İşlər Nazirliyi Müstəqillik Günü münasibətilə Tunis xalqını və hökumətini təbrik edib.

Metbuat.az xəbər verir ki, bu barədə nazirliyin "X" hesabında paylaşım edilib.

"Müstəqillik Günü münasibətilə Tunis xalqını və hökumətini səmimi-qəlbdən təbrik edirik. Milli Bayramınız mübarək, Tunis!", - paylaşımda bildirilib.