Gündəm

​4 həftə oldu:

Nə qədər adam ölüb?

Metbuat.az

Bu gün ABŞ-İsrail-İran müharibəsinin başlanmasının 4-cü həftəsi tamam oldu.

Metbuat.az xəbər verir ki, İran Qızıl Aypara Cəmiyyəti bu münasibətlə açıqlama yayıb. Cəmiyyət müharibə nəticəsində ötən dörd həftədə İranda 1900-dən çox adamın öldüyünü bəyan edib. Həyatını itirənlər arasında hərbçilərlə yanaşı, çoxlu sayda mülki şəxsin olduğu vurğulanıb. Yaralıların sayının isə bir neçə min nəfər olduğu açıqlanıb.

Qeyd edək ki, ABŞ-İsrail-İran müharibəsi bu il fevralın 28-də müttəfiqlərin Tehranı bombalaması ilə başlayıb.