Gündəm

16 hindistanlı tələbə İrandan təxliyə edildi

Metbuat.az

İrandan Azərbaycan sərhədi ilə təxliyə prosesi davam edir.

Metbuat.az Apa-ya istinadən xəbər verir ki, İranda tibb sahəsi üzrə təhsil alan 16 hindistanlı tələbə sərhədi keçərək Azərbaycan ərazisinə daxil olub.

Bundan əlavə, 3 Tacikistan və 1 Rusiya vətəndaşı da müvafiq sənəd yoxlanışı və digər prosedurlar həyata keçirildikdən sonra təhlükəsiz şəkildə Azərbaycan ərazisinə təxliyə edilib.

Astara dövlət sərhəd buraxılış məntəqəsindən təxliyə davam edir.