Gündəm

Liseydə güllələnən müəllimin vəziyyəti açıqlandı

Metbuat.az

Bakıda "İdrak" liseyində şagird tərəfindən güllələnən müəllimin vəziyyəti açıqlanıb.

Metbuat.az xəbər verir ki, bu barədə Kliniki Tibbi Mərkəzdən məlumat verilib

1997-ci il təvəllüdlü şəxsin (qadın cinsli) Kliniki Tibbi Mərkəzin Neyrocərrahiyyə şöbəsində müalicəsi davam etdirilir. Hazırda pasiyentin vəziyyəti stabil qiymətləndirilir.