İranın cavabı necə olacaq? -
ŞƏRH
Xəbər verdiyimiz kimi, İsrail hökuməti bu gün İrana qarşı önləyici hücum həyata keçirib. Bəs İranın cavabı necə olacaq?
Konfliktoloq Elman Vəliyev Metbuat.az-a açıqlamasında bildirib ki, hücumun arxasında ABŞ mövqeyi var.
O xatırladıb ki, son vaxtlar Amerika Orta Şəqrdəki hərbi bazalarını gücləndirir və bölgəyə xeyli hərbi yardım gəlib:
"İran qarşılıq versə, müharibənin əhatə dairəsi genişlənə bilər. Bu qarşılıq uzaqmənzilli roketlərdən istifadə etməsi ola bilər. Əsas məqsəd İsrailin genişlənməsidir".
E.Vəliyevin sözlərinə görə, İsrail daxil olduğu müharibələrdə nadirən uduzub:
"Zənn etmirəm ki, bu strateji planlamada da məğlub olsun. Əgər konflikt uzunmüddətli olarsa, rəsmi Tehran Trampın dediklərini qəbul edəcəyini bildirəcək. Amerika ya İranın rejimini dəyişəcək, ya da daha loyal idarəçilər təyin edəcək. Rejimin dəyişməsi məsələsində bir az qaranlıq məqamlar var. Çünki həmin Rejimi zatən ABŞ özü qurmuşdu və İran vasitəsilə Orta Şərqdə illeqal planlarını həyata keçirə bilir. Bu halda İranı heç də yaxşı şeylər gözləmir".
Sevinc İbrahimzadə / Metbuat.az