Siyasət

Həmin dəhliz ABŞ administrasiya üçün vacib olacaq -

Prezident

Metbuat.az

Düşünürəm ki, TRIPP Prezident Trampın adını daşıması o deməkdir ki, həmin dəhliz bu administrasiya üçün və ondan sonra da vacib olacaq.

Metbuat.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Münxendə “Açıq dəhliz siyasəti? Trans-Xəzər əməkdaşlığının dərinləşdirilməsi” mövzusunda panel müzakirələrdə bildirib.

Dövlətimizin başçısı deyib ki, əgər belə olmasaydı, Prezident öz adını (dəhlizə - red.) verməzdi. Onun adının verilməsi o deməkdir ki, bu icra olunacaq.