İqtisadiyyat

Əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri artdı

Metbuat.az

Bu ilin yanvar ayında Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 1 milyard 264,1 milyon manat olub.

Metbuat.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 7,6 % çoxdur.

Bildirilib ki, hüquqi şəxslər tərəfindən əhaliyə 954,7 milyon manatlıq xidmət göstərilib. Bu da xidmətlərin ümumi dəyərinin 75,5 %-ni təşkil edib.

Bu ilin yanvar ayında hər bir ölkə sakini orta hesabla 123,2 manatlıq və ya ötən ilin eyni dövrü ilə müqayisədə nominal ifadədə 14,4manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə edib.