İqtisadiyyat

Azərbaycanda aktiv ƏDV ödəyicilərinin sayı artdı

Metbuat.az

Bu il fevralın 1-nə Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 0,2 % artaraq 861 488 təşkil edib.

Metbuat.az xəbər verir ki, bu barədə Dövlət Vergi Xidməti məlumat yayıb.

Məlumata görə, bu dövrdə ölkədə aktiv ƏDV ödəyicilərinin sayı 1 % artaraq 58 985 olub.

Həmin tarixə aktiv təsərrüfat subyektlərinin (obyektlərinin) sayı isə 0,6 % artəmla 234 098 təşkil edib.