Gündəm

"Zirvə qadınları ortaq ilham və enerji ətrafında birləşdirir" -

Rafiq Hunaltay

Metbuat.az

Martın yeddisində “Facemark” şirkətinin təşkilatçılığı ilə ölkəmizdə c keçiriləcək.

Zirvə 7 mart tarixində Gülüstan Sarayında baş tutacaq və “Cəhalətdən cəmiyyətə” konsept mesajı ilə bilikdən dəyərə, fərdi inkişafdan ictimai təsirə gedən yolu ön plana çıxaracaq.

Tədbirin rəsmi media tərəfdaşı olan Metbuat.az“Facemark” şirkətinin təsisçisi Rafiq Hunaltay ilə olan müsahibəni təqdim edir:


Rafiq bəy, "Qadın Liderləri Zirvəsi" ölkəmizdə artıq ikinci dəfədir keçirilir. Sizcə, bu tədbirin davamlı şəkildə təşkil olunması qadın liderliyinin inkişafı baxımından nə kimi əhəmiyyət daşıyır və ilk zirvə ilə müqayisədə bu dəfə hansı fərqli hədəflər ön plandadır?

Qadın Liderləri Zirvəsinin artıq ikinci dəfə keçirilməsi ölkəmizdə qadın liderliyinin inkişafının təsadüfi yox, davamlı və strateji yanaşma ilə dəstəkləndiyini göstərir. Bu cür tədbirlərin mütəmadi təşkili qadınların liderlik potensialının üzə çıxarılması və müxtəlif sahələrdə qərarverici mövqelərdə təmsil olunmasının təşviqi baxımından böyük əhəmiyyət daşıyır. Bu dəfə fokus daha praktik və dərin hədəflərə yönəlib. Xüsusilə real təcrübələrin paylaşılması, konkret problemlərin müzakirəsi, davamlı əməkdaşlıqların qurulması və qadın liderlərin institusional səviyyədə güclənməsinə xidmət edən addımlar ön plandadır.

Spikerlərin seçimi zamanı hansı əsas meyarlar nəzərə alınıb və onların peşəkar təcrübəsi, liderlik yolu və şəxsi hekayələri zirvənin məzmununa necə dəyər qatacaq? İştirakçılar bu çıxışlardan hansı konkret bilik, bacarıq və praktiki yanaşmaları əldə edə biləcəklər?

Bilirsiniz, spikerlərin seçimi zamanı real nəticələrə imza atmış peşəkar yol, sübut olunmuş liderlik təcrübəsi və səmimi şəxsi hekayələr əsas meyar kimi götürmüşük. Zirvədə Azərbaycandan və Türkiyədən dəvət olunmuş spikerlərin çıxışları iştirakçılara liderlik qərarverməsi, çətin situasiyaların idarə olunması, şəxsi brendin qurulması və real təcrübəyə əsaslanan praktik yanaşmalarla bağlı konkret bilik və bacarıqlar qazandıracaq.

Beynəlxalq miqyasda qadın liderliyinə həsr olunmuş çoxsaylı tədbir və platformalar mövcuddur. Bu qlobal təcrübə və beynəlxalq trendlər "Qadın Liderləri Zirvəsi"nin məzmununa necə inteqrasiya olunur və bu yanaşma yerli qadın liderlər üçün hansı real üstünlüklər və yeni baxışlar yaradır?

Doğru qeyd etdiniz, beynəlxalq təcrübələr və qlobal trendlər zirvəyə gətirilərək bizim üçün həm praktik nümunələr təqdim edir. Bu, qadın liderlərə yeni yanaşmalar öyrənmək və real problemlərə konkret həllər tapmaq imkanı yaradır. Eyni zamanda, beynəlxalq şəbəkələrlə tanış olmaq yeni əməkdaşlıqlar və mentorluq fürsətləri açır. Nəticədə, iştirakçılar yalnız ilham almır, həm də institusional və strateji səviyyədə təsir göstərmək üçün bilik və perspektiv qazanırlar.

Artıq uzun illərdir "Facemark" təşkilatçı kimi bu günə qədər müxtəlif layihələrə imza atıb. Qadın Liderləri Zirvəsindən sonra planda hansı yeni tədbirlər və platformalar var?

Biz yeni mövsümə "Qadın Liderləri Zirvəsi" ilə başlayırıq. Bu il bizi uğurlu layihələr və zəngin təcrübələr gözləyir. Zirvədən sonra komanda olaraq "Vergi və Mühasibatlıq Zirvəsi"nə hazırlaşacayıq.Hər iki zirvənin hazırlıqları paralel şəkildə davam edir. İl ərzində isə "Milli İnsan Resursları Forum"u, "Milli Marketinq Forum"u və digər tədbirlərin keçirilməsi planlaşdırılır.

Facemark şirkətinin layihə rəhbəri Xədicə Cəbrayılova bildirib ki, proqramın əsas məqsədi qadınlara yalnız motivasiya vermək deyil, real həyatda qarşılaşdıqları situasiyalarda istifadə edə biləcəkləri praktik baxış bucağı formalaşdırmaqdır. Onun sözlərinə görə, liderlik çox vaxt görünməyən daxili proseslərdən — tərəddüdlərdən, qorxulardan və çətin seçimlərdən keçir və bu reallıqlar açıq şəkildə danışılmadıqca qadın liderlər özlərini tək hiss edə bilirlər.

X. Cəbrayılova vurğulayıb ki, proqramda səsləndirilən mövzular ideal obraz yaratmaq üçün deyil, qadınların olduğu nöqtədən güclənərək irəliləməsi üçün seçilib. “Biz mükəmməl hekayələr yox, səmimi təcrübələr paylaşdıq. Çünki inkişaf səhvləri qəbul etməkdən və özünlə dürüst dialoqdan başlayır,” – deyə o əlavə edib.


Keçən il olduğu kimi bu il də zirvənin proqramı dolu görünür. Maraqlıdır ki, hansı mövzulara xüsusi önəm verilib və bu mövzular bu günün liderlik çağırışları ilə necə uzlaşır?

Düzü, proqramı hazırlayanda bir sual özümüzə çox verdik: “Bu mövzular real həyatda qadınlara doğrudan da kömək edəcəkmi?”

Bu il liderliyi təkcə titul və vəzifə kimi yox, daxili güc, qərarsızlıqla mübarizə, qorxulara baxmayaraq irəli getmək kimi yanaşdıq. Emosional zəka, çətin qərarlar, balans, özünü sübut etmə məcburiyyəti, səhvlərlə barışmaq — bunlar bu gün hər bir qadın liderin gündəlik yaşadığı mövzulardır. Ona görə də proqram süni şəkildə “trendlərə uyğun” yox, həyatın içindən seçildi. Zirvədə səhnəyə çıxan hər kəsin hekayəsində bir “insanlıq” var.

"Qadın Liderləri Zirvəsi"nin formatı necə qurulub və panel müzakirələri bu formatda hansı rolu oynayır? Bu panellər iştirakçılar üçün daha çox interaktivlik və real təcrübə paylaşımı baxımından nələr vəd edir?

Panellər bizim üçün sadəcə proqram elementi deyil, liderin yolunu ifadə edən ardıcıllıqdır. Spikerlər orada hazır şablon çıxış etmirlər, öz təcrübələrini bölüşürlər — uğurları da, çətinlikləri də. İştirakçılar isə sadəcə qulaq asmır, sual verir, düşünür, bəzən özlərini tapırlar. Bu interaktivlik tədbiri rəsmi konfransdan çox, fikir paylaşım məkanına çevirir.

Tədbirdə iştirak etmək istəyən şəxslər biletləri haradan və hansı formatda əldə edə bilərlər? Həmçinin, tədbiri onlayn izləmək imkanı olacaqmı?

"Qadın Liderləri Zirvəsi"ndə iştirak etmək istəyən hər kəs biletləri qlz.az rəsmi saytı üzərindən çox rahat şəkildə əldə edə bilər. Qeydiyyat tamamilə elektron formatdadır və bu prosesi xüsusilə sadə və əlçatan etməyə çalışmışıq. Bizim üçün vacib idi ki, kim bu zirvədə olmaq istəyirsə, texniki maneələrlə üzləşməsin.

Eyni zamanda, fiziki olaraq tədbirə qatıla bilməyənlər üçün onlayn qoşulma imkanı da mövcuddur. İstər zalda, istər ekran arxasında olsun — əsas məqsədimiz qadınların bu platformaya bağlanması, eyni enerjini, eyni ilhamı hiss etməsidir.

Qeyd edək ki, ötən il keçirilən zirvə qadın liderliyi mövzusunu cəmiyyətin gündəminə daşıyaraq geniş müzakirələrə səbəb olmuş, tədbirdən sonra da davam edən geniş maraq doğurmuşdu yaratmışdı. Bu il isə zirvə daha geniş format, daha dərin məzmun və konkret nəticələrə yönəlmiş yanaşma ilə yenidən təşkil olunur.

Tədbirdə iştirak və ətraflı məlumat üçün qlz.az saytına daxil ola bilərsiniz.

Sayt: https://qlz.az/

Instagram: https://www.instagram.com/qadinliderlerizirvesi/

Facebook: https://www.facebook.com/profile.php?id=6156551281...

LinkedIn: https://www.linkedin.com/company/104967321/