İqtisadiyyat
Sosial müdafiə və sosial təminat xərcləri artdı
2025-ci ildə Azərbaycanın dövlət büdcəsində sosial müdafiə və sosial təminat xərcləri 95,8 % və yaxud 4 milyard 554,4 milyon manat icra olunub.
Metbuat.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 9,7 % və yaxud 403,3 milyon manat çoxdur.
Hesabat dövründə sosial müdafiə və sosial təminat xərcləri faktiki xərclərin 11,8 %-ni təşkil edib.