Siyasət

İlham Əliyev tədbirdə çıxış etdi -

YENİLƏNİB

Metbuat.az

Yanvarın 8-də Bakıda, “Gülüstan” sarayında Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti tərəfindən inşa edilmiş 240 MVt gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının rəsmi açılış mərasimi keçirilib.

Metbuat.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə çıxış edib.

    Sonra Səudiyyə Ərəbistanı Krallığının energetika nazirinin müavini Nasser Əl-Qahtani, Çin Xalq Respublikasının ölkəmizdəki səfiri xanım Lu Mey, "ACWA Power" şirkətinin təsisçisi və İcraçı direktoru Məhəmməd Əbunəyyan çıxış ediblər.

    Daha sonra "Xızı-Abşeron" Külək Elektrik Stansiyası layihəsi haqqında qısa videoçarx nümayiş olunub.

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və "ACWA Power" şirkətinin təsisçisi və İcraçı direktoru Məhəmməd Əbunəyyan 240 MVt gücündə "Xızı-Abşeron" Külək Elektrik Stansiyasını işə saldılar.

    Sonda birgə foto çəkdirildi.

    10:18

    Bakıda, Gülüstan sarayında Səudiyyə Ərəbistanı Krallığının "ACWA Power" şirkəti tərəfindən inşa edilmiş 240 MVt gücündə "Xızı-Abşeron" Külək Elektrik Stansiyasının rəsmi açılış mərasimi keçirilir.

    Metbuat.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə çıxış edir.