Gündəm

İlham Əliyev qanun imzaladı

Metbuat.az

"Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilib.

Metbuat.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı qanunu imzalayıb.

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alır:

“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 12, maddə 740 (Cild I); 2024, № 1, maddələr 10, 16, № 6 (I kitab), maddə 637, № 7, maddələr 747, 751, 775, № 8, maddə 933, № 11, maddə 1187, № 12 (II kitab), maddə 1351; 2025, № 1, maddə 1, № 2, maddə 101, № 4 (I kitab), maddələr 318, 322, № 5, maddə 433, № 6, maddələr 521, 524, № 7, maddə 626; Azərbaycan Respublikasının 2025-ci il 9 dekabr tarixli 297-VIIQD nömrəli və 16 dekabr tarixli 313-VIIQD nömrəli qanunları) 9.1.20-ci maddəsinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 9.1.20-1-ci maddə əlavə edilsin:

“9.1.20-1. məişət zorakılığından zərər çəkmiş şəxsə uzunmüddətli mühafizə orderinin verilməsi barədə ərizə üzrə – məişət zorakılığından zərər çəkmiş şəxs olan ərizəçilər;”.