Elm və Təhsil

Elm və Təhsil Nazirliyinə müraciət edənlərin sayı açıqlandı

Metbuat.az

Yanvarın 1-dən 15-dək Elm və Təhsil Nazirliyi, eləcə də qurumlarına 18 170 vətəndaş müraciəti daxil olub.

Metbuat.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.

Müraciətlərin 675-i elektron, 875-i yazılı qaydada, 2 128-i sosial media, 12 455-i isə çağrı mərkəzləri vasitəsilə yönləndirilib. Həmçinin vətəndaş qəbulu zamanı 2 037 müraciət qeydə alınıb.

Qeyd olunub ki, müraciətlər eksternat imtahanı, “Rəqəmsal məktəb”, şagird yerdəyişməsi və digər məsələlərlə bağlı olub.