Gündəm

​Deputat Pənah Hüseynə “qaragüruhçu” dedi

Metbuat.az

Milli Məclisin deputatı Fazil Mustafa sabiq millət vəkili Pənah Hüseyni sərt tənqid edib. Siyasətçi vaxtlə eyni düşərgədə olduğu siyasətçilərin çoxunun 80-90-cı illərdə ilişib qaldıqlarını idda edib.

Metbuat.az xəbər verir ki, Fazil Mustafa TV Musavat-a açıqlamasında bu barədə danışıb. O, verilişdə opponenti olan sabiq deputatın siyasi əllaməliklə məşğul olduğunu vurğulayıb:

"Pənah Hüseyn də daxil olmaqla Azərbaycanda xeyli adam siyasi əllaməliklə məşğuldur. Pənah bəy gəlişigözəl sözlər deyir, amma boş danışır. Biz qaragüruhçulara cavab vermək üçün buradayıq. Şüarçılıqdan uzaq olmalıyıq. Daha ağıllı davranmağı bacarmalıyıq. Elə sözlər var ki, onları demək lazım deyil. Şeir yazın, ədəbiyyatla məşğul olun, amma siyasi müstəvidə əllaməlik etməyin. Təəssüf ki, Azərbaycanda xeyli sayda boş-bekar adam var. Hakimiyyətə gələ bilməyən bu adamlar ciddi siyasi tezislə çıxış edə bilmir, qaragüruhçuluq edirlər", - deyə deputat bildirib.

Səbinə Hüseynzadə / Metbuat.az