Ölkə

2 fevralda iş olacaq?

Metbuat.az

2 Fevral Azərbaycanda Gənclər Günü kimi qeyd olunur.

Metbuat.az-ın məlumatına görə, Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən, bayram günləri qeyri-iş və iş günü olan bayramlar olaraq iki yerə bölünür.

Gənclər Günü isə qeyri-iş günləri siyahısına daxil edilməyib. Bu səbəbdən 2 fevral iş günü hesab olunur.

Sevinc İbrahimzadə / Metbuat.az