Elm və Təhsil

“Peşə və texniki təhsildə inkişaf müşahidə olunur” -

Kənan Həsənli

Metbuat.az

Peşə təhsili, o cümlədən yüksək texniki təhsil üzrə son illərdə əhəmiyyətli inkişaf müşahidə olunur.

Metbuat.az-ın məlumatına görə, bunu Peşə təhsilinin keyfiyyətinə nəzarət şöbəsinin müdiri Kənan Həsənli “Peşə təhsili: nailiyyətlər və çağırışlar” mövzusunda keçirilən konfransda deyib.

“2022-ci ildə plan yeri 23 380 olsa da, 2025-ci ildə bu rəqəm 32 620-yə çatıb. Faktiki qəbul isə 2022-ci ildə 19 043 olduğu halda, 2025-ci ildə 27 021 nəfərə yüksəlib. Bu da faktiki qəbulun plan yerinə nisbətində davamlı artım deməkdir. 2023 və 2024-cü illərdə də artım tendensiyası qorunub saxlanıb”.

O qeyd edib ki, 84 faiz tələbə qəbulu da texniki təhsil üzrədir və artım mərhələli şəkildə baş verir:

“2022/2023-cü tədris ilində ilk texniki təhsilə 1 975, texniki təhsilə isə 16 208 nəfər qəbul olunub. 2025/2026-cı il üzrə isə texniki təhsilə 22 610 nəfər qəbul olub”.