Siyasət

İordaniya Kralı İlham Əliyevi təbrik etdi

Metbuat.az

İordaniyanın Kralı II Abdullah Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Metbuat.az xəbər verir ki, məktubda deyilir:

    "Hörmətli cənab Prezident.

    Zati-alinizin doğum günü münasibətilə ən səmimi təbriklərimi və ən xoş arzularımı Sizə çatdırmaqdan böyük məmnunluq hissi duyuram.

    Sizə möhkəm cansağlığı və xoşbəxtlik arzularımı qəbul etməyinizi xahiş edirəm".