Siyasət

Hikmət Hacıyev Qətərin dövlət naziri ilə görüşdü

Metbuat.az

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Qətərin beynəlxalq əməkdaşlıq üzrə dövlət naziri Məryəm bint Əli bin Nasir Əl-Misnəd ilə görüşüb.

Metbuat.az xəbər verir ki, bu barədə Hikmət Hacıyev X hesabında paylaşım edib:

    “Görüş zamanı ölkələrimiz arasında qardaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsini müzakirə etdik və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığımızın intensivləşdirilməsi barədə razılığa gəldik”.