Siyasət

Əli Əsədov Heydər Əliyevin məzarını ziyarət etdi

Metbuat.az

Baş nazir Əli Əsədov dekabrın 11-də Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib.

Metbuat.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetindən məlumat verilib.

Bildirilib ki, Əli Əsədov Fəxri xiyabanda Ümummilli Liderin xatirəsini anıb, abidəsinin önünə gül dəstəsi qoyub.