Gündəm

Ceyhun Cavadova vəzifə verildi

Metbuat.az

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şabran rayon bölməsinə yeni müdir təyinatı olub.

Metbuat.az Bizim.Media-ya istinadən xəbər verir ki, Dövlət Xidmətinin Ağdaş rayon şöbəsinin müdir müavini Ceyhun Cavadov Şabran bölməsinin müdiri vəzifəsinə təyin edilib.

Şabran bölməsinin əvvəlki rəisi Fuad Hüseynov isə Qusar şöbəsinə rəis göndərilib.