Gündəm
Türkiyə təyyarəsinin qəza səbəbi bu tarixdə bilinəcək
Gürcüstanda qəzaya uğrayan C-130 təyyarəsinin qəza səbəbinin açıqlanacağı vaxtla bağlı məlumat açıqlanıb.
Metbuat.az xəbər verir ki, bu barədə Türkiyənin milli müdafiə naziri Yaşar Gülər danışıb. Nazir qara qutunun nəticələrinin 2 aya məlum olacağını deyib.