İqtisadiyyat
İpoteka kreditlərinin həcmi açıqlandı
Bu ilin yanvar-oktyabr aylarında İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə371,3 milyon manat kredit verilib.
Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,1 % azdır.
Hesabat dövründə Fondun yenidən maliyyələşdirdiyi kreditlərin məbləği isə 7,3 % azalaraq 351 milyon manat olub.
İl ərzində İKZF-nin istiqraz buraxmaqla cəlb etdiyi vəsaitin məbləği 22,2 % artaraq 550 milyon manata çatıb, Fonda dövlət büdcəsindən ayrılmış vəsaitin məbləği isə 2,7 % azalaraq 63,9 milyon manata düşüb.