Siyasət

İlham Əliyevin Özbəkistana səfəri başa çatdı

Metbuat.az

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistan Respublikasına səfəri noyabrın 16-da başa çatıb.

Metbuat.az xəbər verir ki, Daşkənd Beynəlxalq Hava Limanında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

    Dövlətimizin başçısını Özbəkistan Prezidenti Şavkat Mirziyoyev yola saldı.