Siyasət
Hikmət Hacıyev paylaşım etdi -
FOTO
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Araz çayı üzərindəki Ağbənd–Kəlalə körpüsündən paylaşım edib.
Metbuat.az xəbər verir ki, o bu barədə "X" hesabında yazıb:
"Zəngəzur Dəhlizi - Araz çayı üzərindəki Ağbənd–Kəlalə körpüsündə. Əsas beynəlxalq nəqliyyat arteriyalarını birləşdirən mühüm mərkəz və kəsişmə nöqtəsi: Şanxaydan Londona qədər uzanan Şərq–Qərb marşrutu, həmçinin Hind okeanını Şimal dənizi ilə, Fars körfəzini isə Qara dənizlə birləşdirən Şimal–Cənub və Cənub-Qərb marşrutları".