İqtisadiyyat

Yeni nəsil kassa aparatları üzrə dövriyyə 20 milyard manatı ötüb

Metbuat.az

Bu ilin yanvar-sentyabr aylarında yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 20 milyard 126 milyon manat olub.

Metbuat.az xəbər verir ki, bu barədə Dövlət Vergi Xidməti məlumat yayıb.

Bildirilib ki, bu, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 2,3 milyard manat, yaxud 12,7 faiz çoxdur.

Qryd edək ki, indiyədək ölkə ərazisində 108.631 ədəd belə NKA quraşdırılıb. Yeni nəsil NKA-lardan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb.