Ölkə

Şuşada partlayıcı tələ aşkarlandı -

FOTO

Metbuat.az

Şuşa rayonu Kiçik Qaladərəsi kəndi ərazisində evlərin təmizlənməsi əməliyyatı zamanı partlayıcı tələ qurğusu aşkarlanıb.

Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) bildirilib.

Məlumata görə, evin damında sütuna və damın giriş qapısına tələ məftili vasitəsilə quraşdırılmış döyüş vəziyyətinə gətirilən 2 ədəd F-1 əl qumbaraları aşkarlanıb.