Hərbi

Azərbaycanda General-mayor vəfat etdi -

FOTO

Metbuat.az

Təqaüddə olan general-mayor Rasim Əliyev vəfat edib.

Metbuat.az Qafqazinfo-ya istinadən xəbər verir ki, general bu gün səhər qəfil dünyasını dəyişib.

Qeyd edək ki, Rasim Əliyev son olaraq Müdafiə Nazirliyinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi-Şəxsi Heyət Baş İdarəsi rəisinin müavini olub. İkinci Qarabağ Müharibəsindən sonra təqaüdə göndərilib.