Ölkə

TƏBİB Xalq artistinin səhhəti ilə bağlı məlumat yaydı

Metbuat.az

Xalq artisti Sərdar Fərəcovun müalicəsi Mərkəzi Neftçilər Xəstəxanasının Reanimasiya şöbəsində davam etdirilir.

Metbuat.az xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.

Kəskin miokard infarktı, mədə-bağırsaq qanaması və kəskin ürək çatışmazlığı diaqnozları təyin olunan Xalq artistinin vəziyyəti hazırda orta ağır qiymətləndirilir.