Ölkə
Sentyabrın pensiyaları bu tarixdə tam ödəniləcək
Ölkə üzrə sentyabrın 23-də pensiyaların tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub.
Bu barədə Metbuat.az-ın sorğusuna cavab olaraq Dövlət Sosial Müdafiə Fondundan bildirilib.
Məlumata görə, həmin gün güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyaları ödəniləcək.
Ülkər/ Metbuat.az