Elm və Təhsil

Qarabağda daha 6 məktəbəqədər müəssisə açılacaq -

Nazir

Metbuat.az

“Kəndlərimizdə məktəbəqədər təhsil müəssisələrində boş yerlərin sayı kifayət qədərdir. Bu sahədə də islahatlara yavaş-yavaş başlayırıq. Hansı bölgədə yerlər tamamilə boş qalırsa, digər ərazilərdən uşaqları ora yönləndiririk”.

Metbuat.az-ın məlumatına görə, bunu elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə dair keçirilən brifinqdə deyib.

Nazir bildirib ki, Qarabağ və Şərqi Zəngəzurda artıq 7 məktəbəqədər təhsil müəssisəsi fəaliyyətə başlayıb:

“Hazırda həmin müəssisələrdə 243 uşaq və 82 nəfər heyət üzvü var. Növbəti tədris ilində isə daha 6 belə müəssisənin istifadəyə verilməsi planlaşdırılır”.

Sevinc İbrahimzadə / Metbuat.az