Elm və Təhsil

Qarabağda 11 yeni məktəb fəaliyyətə başlayacaq

Metbuat.az

“Qarabağda 14 məktəb var və 2807 şagird, 334 heyət üzvü təhsil prosesində iştirak edir”.

Metbuat.az-ın məlumatına görə, bunu elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə dair keçirilən brifinqdə deyib.

Nazir bildirib ki, 2025/2026-cı tədris ilində Ağdam, Ağdərə, Xocalı, Cəbrayıl və Kəlbəcərdə 11 ümumi təhsil müəssisəsinin fəaliyyətə başlaması planlaşdırılır.

Sevinc İbrahimzadə / Metbuat.az