Elm və Təhsil

Pensiya yaşı çatan müəllim bu halda işdən çıxarılmır

Metbuat.az

“Pensiya yaşı çatan ibtidai sinif müəllimlərinə sertifikatlaşdırmada iştirak etmək təklif olunub. Əgər müraciət etsələr, 65 yaşdan sonra 4-cü sinfə qədər məktəbdə qalmalarına baxılır. Amma yox əgər müraciət etmirlərsə, 65 yaşı olan kimi uzaqlaşdırılırlar”.

Metbuat.az-ın məlumatına görə, bunu elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə dair keçirilən brifinqdə deyib.

Nazir əlavə edib ki, sertifikatlaşdırmadan keçməyən müəllimlərlə bağlı ümumiyyətlə müzakirə aparılmır:

"Hətta keçmiş müəllimi belə saxlamamaq ixtiyarımız var".

Sevinc İbrahimzadə / Metbuat.az