Elm və Təhsil

Məktəblərə 302 metodist cəlb olunacaq

Metbuat.az

“2022-2026-cı illər dövlət strategiyasında da qeyd olunub ki, yaxşı göstəriciləri olan müəllimlər metodiki dəstəklərə cəlb olunsun”.

Metbuat.az-ın məlumatına görə, bunu Təhsil İnstitutunun direktor əvəzi, təhsil nazirinin müşaviri Elnur Əliyev 2025–2026-cı tədris ilinə həsr olunmuş tədbirdə deyib.

Elnur Əliyev bildirib ki, cari ildə 302 metodist məktəblərə cəlb olunacaq. Onların əsas fəaliyyətləri təhsilverənlər üçün təlimlərin təşkili, gənc müəllimlərə mentorluq dəstəyi göstərmək, məktəbdaxili peşəkar inkişaf üçün səmərəli mühitin təmin edilməsi, həmçinin metodiki resursların hazırlanması olacaq.

Sevinc İbrahimzadə / Metbuat.az