Siyasət

Hikmət Hacıyev ABŞ Dövlət katibinin müavini ilə görüşdü

Metbuat.az

Vaşinqtonda Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ABŞ Dövlət katibinin müavini Kristofer Landau ilə görüşüb.

Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycanın ABŞ-dakı səfirliyi məlumat yayıb.

Qeyd edilir ki, görüşdə Azərbaycan–ABŞ strateji münasibətləri, həmçinin regional və qlobal məsələlər ətrafında geniş müzakirələr aparılıb.