Ölkə

Gələn il Azərbaycanda Dünya Şəhər Forumu keçiriləcək

Metbuat.az

2026-cı ildə Azərbaycanda Dünya Şəhər Forumunun keçirilməsi nəzərdə tutulur. Nazirliklər və departamentlər bu istiqamətdə birgə əməkdaşlıq edir, biznes strukturları da prosesə dəstək verir. Minlərlə könüllü bu işlərdə iştirak edir.

Metbuat.az-ın məlumatına görə, bunu Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev Bakı İqlim Fəaliyyəti Həftəsi-2025 tədbirində söyləyib.

"Biz vətəndaş cəmiyyətinə təşəkkür edirik. Birlikdə böyük hədəflərə nail ola, prosesləri davam etdirə və ortaq davamlı gələcəyimizi təmin edə bilərik", - deyə Prezidentin nümayəndəsi qeyd edib.

Gülbəniz Hüseynli / Metbuat.az