Gündəm
Gədəbəydə dərədə bir nəfərin meyiti tapıldı
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar xəttinə Gədəbəy rayonu, Qalakənd kəndində 1 nəfərin dərəyə yıxılması barədə məlumat daxil olub.
Nazirlikdən Metbuat.az-a verilən xəbərə görə, məlumat qəbul ediləndən dərhal sonra Nazirliyin hadisə yerinə ən yaxın xilasetmə qüvvələri cəlb olunub.
Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri tərəfindən həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti dərədən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.