Dünya

Bu ölkədə təyyarə qəzası oldu -

Ölənlər var

Metbuat.az

Polşada yüngül mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində iki nəfər həlak olub.

Metbuat.az xəbər verir ki, hadisə Lipova kəndində baş verib.

"Səhər saat 9:36-da təyyarə qəzasının baş verməsi barədə məlumat aldıq. İki nəfər hadisə yerində həlak olub. Eniş zamanı təyyarədə nasazlıqlar yaranıb və o, qəzaya uğrayıb", - Jivets rayon yanğından mühafizə rəisinin mətbuat katibi Tomaş Kolodzey bildirib.

Polis və xilasetmə xidmətlərinin əməkdaşları hadisə yerindədir. Qəzanın səbəbləri araşdırılır.