Dünya
Bu ölkə silkələndi
Qırğızıstanın paytaxtı Bişkekdə zəlzələ baş verib, yeraltı təkanlar şəhərin bütün ərazilərində hiss olunub.
Metbuat.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Yeraltı təkanların müddəti təxminən iki-üç dəqiqə olub. Hazırda Qırğızıstan paytaxtında vəziyyət sakitdir.
Məlumatına görə, zəlzələnin maqnitudası 4,0 bal təşkil edir. Yeraltı təkanların episentri Bişkekdən 19 km cənub-qərbdə yerləşib. Zəlzələ ocağı 4 km dərinlikdə yerləşib.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.