Elm və Təhsil
Azərbaycan-Belarus elm və təhsil əməkdaşlığı gücləndirilir
Elm və təhsil naziri Emin Əmrullayev Belarus Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dmitriy Pineviç ilə görüşüb.
Metbuat.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb
Görüş çərçivəsində iki ölkə arasında elm və təhsil sahəsində cari əməkdaşlıq və inkişaf perspektivləri müzakirə edilib.