Hərbi

Azərbaycan Baş Qərargah rəisi MDB iclasında iştirak edib

Metbuat.az

Sentyabrın 24-də Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Belarus Respublikasının Minsk şəhərində keçirilən MDB iştirakçı dövlətləri Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin növbəti iclasında iştirak edib.

Metbuat.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.