Ölkə
Ağdərə rayonunun Vəngli kəndinə növbəti köç karvanı yola salındı
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.
Metbuat.az xəbər verir ki, bu köç mərhələsində 29 ailə olmaqla 105 nəfər Vəngli köndinə köçürülür.
Köçən ailələr respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Bu mərhələdə köçürülən ailələr bu günə kimi Bakı, Şamaxı, Kürdəmir, Ağsu, Ağdam, Yevlax, İmişli, Goranboy, Qax, Bərdə, Mingəçevir şəhər və rayonlarında məskunlaşıblar.
Ağdərə rayonunun Vəngli kəndinə köçən 105 nəfərdən ibarət 29 ailə Ağdam rayon "Dördyol" adlanan ərazisindən yola salınıb.
Bu köç də nəzərə alınmaqla Ağdərə rayonunun Vəngli kəndinə 51 ailə olmaqla cəmi 188 nəfər köçürülüb.