Ölkə
Qarabağa köçürülən arı ailələrinin sayı açıqlandı
Qarabağa arı ailələrinin köç prosesi çərçivəsində indiyədək 200 mindən çox arı ailəsi qeydiyyata alınıb.
Bu barədə Metbuat.az-a açıqlamasında Azərbaycan Arıçılar Assosiasiyasının sədri Bədrəddin Həsrətov məlumat verib.
Onun sözlərinə görə, arı ailələrinin köçü əsasən Laçın, Kəlbəcər və Xocavənd rayonlarında həyata keçirilib.
"Avqustun sonlarına doğru arı ailələri geri qayıtdıqdan sonra dəqiq rəqəmlər açıqlanacaq", – deyə B.Həsrətov əlavə edib.
Sevinc İbrahimzadə / Metbuat.az