Ölkə

Qanunsuz reklamlarla bağlı baxılmış müraciətlərin sayı açıqlandı

Metbuat.az

Bu ilin yanvar-iyun ayları ərzində qanunsuz reklamların yayımı ilə əlaqədar Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən 80 müraciətə baxılıb.

Qurumdan Metbuat.az-a verilən məlumata görə, baxılmış müraciətlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 25% artıb.

Müraciətlərin 37-si xidmət, 15-i ticarət, 8-i qeyri-qida məhsulları, 4-ü ictimai iaşə, 2-si dərman vasitələri və tibbi avadanlıqlar, 1-i qida məhsulları, 1-i tütün məmulatları, 12-si isə digər sahələrlə bağlı olub.