Siyasət

Prezident Sərəncam imzaladı

Metbuat.az

Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına ali hərbi rütbələr verilib.

Metbuat.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncamla general-mayor Babək Vahid oğlu Qurbanova “general-leytenant”, polkovnik Ceyhun Həsən oğlu Nəbiyev və polkovnik Azər Əliyusif oğlu Şirinova isə “general-mayor” ali hərbi rütbəsi verilib.